Somalidə hərbçilərə hücum nəticəsində 8 nəfər ölüb

Somalidə hərbçilərə hücum nəticəsində 8 nəfər ölüb
# 12 fevral 2017 21:03 (UTC +04:00)

Somalidə “Əş-Şəbab” qruplaşmasının silahlılarının hücumu nəticəsində 8 hərbçi həlak olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin cənubunda baş verib.

Terrorçular Somali ordusunun mövqelərinə hücüm edib. Atışma zamanı iki terrorçunun məhv edildiyi, bir neçəsinin yaralandığı bildirilir.

Qeyd edək ki, “Əş-Şəbab” qruplaşması Somali hökumətinə qarşı silahlı mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR