Braziliyada futbol azarkeşləri arasında qanlı toqquşma baş verib

Braziliyada futbol azarkeşləri arasında qanlı toqquşma baş verib
# 13 fevral 2017 07:00 (UTC +04:00)

Braziliya futbolunda xoşagəlməz hadisə baş verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Rio-de-Janeyroda ölkə çempionatı çərçivəsində bu gecə keçirilmiş “Botafoqo” – “Flamenqo” matçı öncəsi azarkeşlər arasında qanlı toqquşma yaşanıb.

Qarşılaşmanın keçirildiyi stadionun həndəvərində iki komandanın azarkeşləri əlbəyaxa olublar. Fanatlar arasında baş verən çoxsaylı toqquşmaların birində sinəsindən güllə yarası alan azarkeş ağır yaralanıb. 28 yaşlı Dieqo Silva dos Santos xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etmək məcburiyyətində qalıb. Azı 7 nəfərin də xəsarət aldığı bildirilir.

Qeyd edək ki, “Botafoqo” – “Flamenqo” matçı qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR