Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisinin müavinlərinin sayı artırılıb

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisinin müavinlərinin sayı artırılıb
# 13 fevral 2017 15:07 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” 2014-cü il 18 dekabr tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, bundan sonra sözügedən qurumun rəisinin iki müavini olacaq.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR