Makedoniya prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək

Makedoniya prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək
# 14 fevral 2017 12:55 (UTC +04:00)

Makedoniya prezidenti George İvanov və xanımı Maja İvanova mart ayında Azərbaycana səfər edəcəklər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi komitənin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etməkdir.

Qeyd olunub ki, Makedoniya prezidenti George İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə yaxından əməkdaşlıq edir. George İvanov III və IV Qlobal Bakı forumlarında, həmçinin Mərkəzin İtaliya, Bosniya və Herseqovinada keçirilmiş Ali Səviyyəli toplantılarında iştirak edib. Bundan başqa, Makedoniya Prezidentinin təşəbbüsü ilə həyata keçirilən Gənc Liderlər Məktəbi də artıq 3 ildir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq edir.

V Qlobal Bakı Forumunda Makedoniya dövlət başçısı ilə yanaşı, Latviya prezidenti Raymond Veyonis, Albaniya prezidenti Buyar Nişani və digər ölkələrin indiki, həmçinin keçmiş rəhbərləri iştirak edəcək. Növbəti forum “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunub. Nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri mövzusunda fikir mübadiləsi aparacaq, həll yolları təklif edəcəklər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR