Əbülfəs Qarayev Ümumdünya Turizm Forumunun qlobal iclasında iştirak edəcək

Əbülfəs Qarayev Ümumdünya Turizm Forumunun qlobal iclasında iştirak edəcək
# 15 fevral 2017 09:38 (UTC +04:00)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Forumunun qlobal iclasında iştirak edəcək.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclas fevralın 16-dan 18-dək İstanbulda keçiriləcək.

Forum zamanı turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə iştirakçı dövlətlərin aidiyyəti qurumlarının rəhbərləri ilə danışıqların aparılması, 2017-ci ildə “İnkişaf naminə Davamlı Turizm Beynəlxalq İli”nin qeyd edilməsi, eyni zamanda bu ilin may ayında Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və forum çərçivəsində təşkil olunacaq tədbirlərlə əlaqədar bir sıra görüşlərin keçirilməsi planlaşdırılıb.

Səfər çərçivəsində nazirlər üçün təşkil ediləcək xüsusi dəyirmi masada nazir Əbülfəs Qarayevin çıxışı da nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR