“Azexport” Şərqi Asiya və ərəb ölkələri bazarlarına inteqrasiya olunub

 “Azexport”  Şərqi Asiya və ərəb ölkələri bazarlarına inteqrasiya olunub
# 15 fevral 2017 09:33 (UTC +04:00)

“Azexport.az” portalı dünyanın daha iki böyük ticarət portalına inteqrasiya olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bunlardan biri Şərqi Asiya ölkələrinə ixrac potensialı daha güclü olan “EC21.com” portalıdır.

Dünyanın böyük qlobal B2B portallarından biri olan “Tradekey.com”da hər gün milyonlarla satış həyata keçirilir. Portalın məlumat bazasında 1,5 milyon şirkət nümayəndəsi, 3 milyon məhsul və 3 milyon qeydiyyatdan keçmiş alıcısı var. “Azexport.az” portalının inteqrasiya olunduğu digər – “Tradekey.com” portalı ərəb ölkələrinə olan ixrac potensialını ələ alan beynəlxalq platformadır. 2005-ci ildə fəaliyyətə başlayan bu şirkət, dünyanın 220 ölkəsindən alıcı və satıcıları bir araya toplayan qlobal B2B platformudur. Həmçinin, dünyada ISO sertifikatları ilə təsdiq olunmuş ilk biznes portalı olaraq, beynəlxalq keyfiyyət standartları və müştəri məlumat və data bütövlüyü təhlükəsizliyini ən yüksək səviyyədə təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR