Komitə: Təbii qaz ehtiyatlarının 144,4 mln. kubmetri itkiyə gedib

Komitə: Təbii qaz ehtiyatlarının 144,4 mln. kubmetri itkiyə gedib
# 17 fevral 2017 15:42 (UTC +04:00)

2016-cı ilin sonuna ölkədə 21 milyard kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, il ərzində ehtiyatların 89,3%-i hasilatın, 9,3%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 1,4%-i isə idxalın hesabına formalaşıb.

Təbii qaz ehtiyatlarının 49,6%-i (1 mlrd. 884,4 mln. kubmetr) ölkə daxilində istehlak edilib, 38,4%-i (1 mlrd. 459,2 mln. kubmetr) ixrac olunub, 3,8%-ini (144,4 mln. kubmetr) itkilər təşkil edib, 8,2%-i 2017-ci ilin yanvarın 1-i vəziyyətinə ehtiyat kimi qalıb.

2016-cı ildə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 2 mlrd. 23,5 mln. kVt/saat elektrik enerjisindən, 353,2 min Q.kalori istilik enerjisindən, 148,5 mln. kubmetr təbii qazdan istifadə edilib. 2015-ci illə müqayisədə istifadə səviyyəsi istilik enerjisi üzrə 52,7%, elektrik enerjisi üzrə 11%, təbii qaz üzrə 1,5% artıb.

Ötən il ölkənin bütün təsərrüfat subyektləri tərəfindən 21,6 mlrd. kVt/saat elektrik enerjisi istehlak edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR