Əfqanıstanda İŞİD terror qruplaşmasının silahlılarının hücumu nəticəsində 17 hərbçi ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Nanqarxar əyalətində baş verib.
Bir neçə saat davam edən döyüşdə Əfqanıstan Silahlı Qüvvələrinin 17 hərbçisi ölüb. Silahlıların 21 nəfər itki verdiyi bildirilir.
Qeyd edək ki, son bir neçə ay ərzində Əfqanıstanda vəziyyət gərginləşib. "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb.