Türkiyədə partlayış nəticəsində ölənlərin sayı 2-yə, yaralıların isə 18 nəfərə çatıb - YENİLƏNİB

Türkiyədə partlayış nəticəsində ölənlərin sayı 2-yə, yaralıların isə 18 nəfərə çatıb  - <span style="color: red;">YENİLƏNİB
# 18 fevral 2017 03:13 (UTC +04:00)

Türkiyənin Şanlıurfa vilayətində törədilən partlayış nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, partlayışdan sonra əmələ gələn dağıntılar altından kişi meyiti tapılıb.

Viranşehir rayonunda baş verən hadisə nəticəsində yaralananların sayı 18-ə çatıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Bundan əvvəl minalanmış avtomobilin partladılması nəticəsində 3 yaşlı uşağın öldüyü, 15 nəfərin xəsarət aldığı bildirilirdi. Dəqiqləşdirilmiş məlumata görə, insident nəticəsində həyatını itirən uşaq 11 yaşlı Əhməd Oqtay Günak olub. Partlayışın PKK tərəfindən törədildiyi bildirilir.

***

23:23

Türkiyənin Şanlıurfa vilayətində partlayış baş verib.

APA-nın “Anadolu” agentliynə istinadən verdiyi xəbərə görə, vilayətin Viranşehir rayonunda minalanmış avtomobilin partladılması nəticəsində 3 yaşlı uşaq ölüb, 15 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Polis qüvvələri ərazini nəzarətə götürüb.

Şanlıurfa valisi Güngör Azim Tuna, ilkin məlumatlara görə, 18-20 yaşlı şəxsin Yenişehir məhəlləsində bomba yüklü avtomobil saxladığını söyləyib.

“Hadisə nəticəsində 3 yaşında bir uşaq həyatını itirib. 15 civarında yarası ağır olmayan xəsarət alan var. Yaralıların müalicəsi xəstəxanada davam edir” deyə G. Tuna bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR