Mübariz Qurbanlı: "Biz islam dini ilə digər dinlərin həmrəyliyini də nəzərdə tuturuq"

Mübariz Qurbanlı: "Biz islam dini ilə digər dinlərin həmrəyliyini də nəzərdə tuturuq"
# 18 fevral 2017 10:10 (UTC +04:00)

"Azərbaycan prezidenti İlham Əliyev ölkədə 2016-cı ili "Multikulturalizm İli", 2017-ci ili "İslam Həmrəyliyi İli" elan edib. Bu il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək".

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. M. Qurbanlı deyib ki, İslam Həmrəyliyi İli ilə bağlı da çoxlu tədbir nəzərdə tutulub: "Biz tək islamdaxili həmrəyliyi yox, islam dini ilə digər dinlərin həmrəyliyini də nəzərdə tuturuq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR