Bakı Avropa Liseyində mətbuat azadlığı mövzusunda debat keçirilib

Bakı Avropa Liseyində mətbuat azadlığı mövzusunda debat keçirilib
# 18 fevral 2017 13:46 (UTC +04:00)

Fevralın 18-də Bakı Avropa Liseyində “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırılmalıdırmı?” mövzusunda şagirdlər arasında debat yarışması keçirilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, şagirdlərin “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırmalıdırmı?” mövzusuna müraciət etməsi sosial məsuliyyət, cəmiyyətə obyektiv informasiyanın çatdırılması, qarşı tərəfin rəyinə hörmətlə yanaşılması kimi dəyərlərin media prizmasından araşdırılmasına xidmət edib.

Məktəbin debat klubu üzvlərinin məqsədi jurnalist məsuliyyəti ilə bağlı mövcud problemləri göstərmək və eyni zamanda onlardan çıxış yolları üzərində birgə düşünmək olub.

Şagirdlərin debatında təhsi naziri Mikayıl Cabbarov, millət vəkilləri, media qurumlarının rəhbərləri, müəllim, şagird və valideynlər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR