Ehtiyatda olan general: “Ermənistan ordusunda baş verən ölümlərin səbəbi oradakı hərc-mərclikdir”

Ehtiyatda olan general: “Ermənistan ordusunda baş verən ölümlərin səbəbi oradakı hərc-mərclikdir”
# 18 fevral 2017 14:43 (UTC +04:00)

"Demoralizə edilmiş düşmən ordusunda bu kimi hallar yüksələn templə artmaqda davam edəcək".

APA-nın xəbərinə görə, bunu işğal olunmuş ərazilərimizdə yerləşən Ermənistan ordusunda növbəti əsgər ölümü ilə bağlı məlumatı şərh edən sabiq korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

Onun sözlərinə görə, son zamanlar Ermənistan ordusunda ölən və yaralananların sayının çoxalmasının səbəbləri erməni hərbçiləri arasında qarşılıqlı nizamnamə qaydalarının pozulması, intizamsızlıq, özbaşınalıq və ümumiyyətlə erməni cəmiyyətində hökm sürən hərc-mərclikdir.

Qeyd edək ki, Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə xidmət keçən əsgəri 19 yaşlı Lernik Osyanın fevralın 18-də saat 11.45 radələrində döyüş postunda meyiti tapılıb. Hələlik naməlum şəraitdə öldüyü bildirilən Ermənistanın Lori vilayətinin Odzun kəndinin sakini L.Osyan ailənin tək övladı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR