Somalidə partlayış nəticəsində ölənlərin sayı 39-a çatıb - YENİLƏNİB

Somalidə partlayış nəticəsində ölənlərin sayı 39-a çatıb - <span style="color: red;">YENİLƏNİB
# 19 fevral 2017 21:33 (UTC +04:00)

Somalinin paytaxtında yük maşınının partladılması nəticəsində ölənlərin sayı 39-a çatıb, 50 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 35 nəfərin öldüyü, 40 nəfərin yaralandığı bildirilirdi.

Hələ ki, heç bir terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

***

18:13

Bu gün Somalinin paytaxtı Moqadişoda törədilən partlayışda ən azı 35 nəfər ölüb, 40 nəfər yaralanıb.

APA-nın “Deutsche Presse” agentliyinə istinadən verdiyi məlumata görə, ölənlər arasında ən azı 10 qadın, o cümlədən uşaqlar var.

Şəhər dairəsinin rəhbəri Əhməd Afraks partlayışın bomba yüklü yük maşını ilə törədildiyini bildirib. Hələ ki, heç bir terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, Somalidə “Əl-Qaidə” terror təşkilatı ilə sıx əlaqədə olan “Aş-Şabab” radikal qruplaşması fəaliyyət göstərir. “Aş-Şabab” hökumətlə silahlı mübarizə aparır və BMT-nin humanitar fəaliyyətinə mane olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR