Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək
# 20 fevral 2017 06:54 (UTC +04:00)

Bu həftə Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan ("Azpromo") "APA-Economics"ə verilən məlumata görə, biznes forum fevralın 23-də İtaliyanın iqtisadiyyat naziri Karlo Kalendanın rəhbərlik etdiyi biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutacaq.

Biznes forum İqtisadiyyat Nazirliyinin dəstəyi və "Azpromo"nun təşkilatçılığı ilə keçiriləcək.

Forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15-dən artıq İtaliya şirkətinin iştirakı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR