Belarusda "Azərbaycan Ticarət Evi" qeydiyyata alınıb

Belarusda "Azərbaycan Ticarət Evi" qeydiyyata alınıb
# 21 fevral 2017 14:44 (UTC +04:00)

Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin davamı olaraq, Belarusun paytaxtı Minsk şəhərində ilk "Azərbaycan Ticarət Evi"nin təşkili işləri davam etdirilir.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Ticarət Evinin idarəolunması məqsədi ilə artıq Belarusda "Azərbaycan Ticarət Evi" MMC yaradılıb və fevralın 20-də Minsk Şəhər İcraiyyə Komitəsi tərəfindən qeydiyyata alınıb.

Ticarət Evi Azərbaycan məhsullarının "Made in Azerbaijan" brendi altında Belarus bazarında təşviqi, marketinq araşdırmalarının aparılması, sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak, potensial alıcıların müəyyən edilməsi və əlaqələrin qurulması, Belarus qanunvericiliyi ilə tələb olunan icazə xarakterli sənədlərin (lisenziya və kvotaların) alınması, Belarus bazarına məhsul ixracı və satışında iş adamlarını yaxından dəstəkləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR