Otuzdan artıq sahibkar "Azexport" portalı ilə əməkdaşlığa başlayır

Otuzdan artıq sahibkar "Azexport" portalı ilə əməkdaşlığa başlayır
# 22 fevral 2017 09:43 (UTC +04:00)

Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan 30-dan artıq sahibkar bu gündən “Azexport.az”la əməkdaşlığa başlayır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, iş adamları “Azexport” portalını rəhbəri Zaur Qardaşov görüşüb. O bildirib ki, Azərbaycan sahibkarlıqla məşğul olan şirkətlər “Azexport”a məhsullarını əlavə etməkdə maraqlıdır.

“Bunun da nəticəsi olaraq, yerli məhsullara Çin, Rusiya, Gürcüstan, Misir, Bolqarıstan, Türkiyə, Belarus, Pakistan, və başqa ölkələrdən şərab, toyuq əti, yumurta, nar şirəsi, alma, viski və ölkələrdən böyük həcmdə sifarişlər daxil olub. Daha sonra portalla əməkdaşlıq edən şirkətlərin təmsilçilərinə məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yolları izah edilib, portal barədə ətraflı məlumat verilib. Görüş zamanı həmçinin sahibkarlara qaranlıq qalan məqamlara aydınlıq gətirilib”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR