Nigeriyada iki Almaniya vətəndaşı oğurlanıb

Nigeriyada iki Almaniya vətəndaşı oğurlanıb
# 22 fevral 2017 21:45 (UTC +04:00)

Nigeriyanın şimalında naməlum silahlılar iki Almaniya vətəndaşını oğurlayıblar.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kaduna ştatının polis rəsmisi bildirib.

Arxeoloji ekspedisiyanın rəhbəri və daha bir şəxsi oğurlayan silahlılar onların həmkarları olan 2 qadını sərbəst buraxıblar.

Hələlik hadisənin arxasında kimlərin dayandığı və onların tələbləri məlum deyil.

Məlumata görə, Frankfurt universitetindən olan bir qrup alım Nok sivilizasiyasının qalıqlarını öyrənirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR