Şefçoviç: "Narazılıqları İtaliya hökumətinə çatdırdıq"

Şefçoviç: "Narazılıqları İtaliya hökumətinə çatdırdıq"
# 23 fevral 2017 14:00 (UTC +04:00)

"Cənub Qaz Dəhlizi" layihəsinin icra olunması ilə bağlı irəliləyişlər var və biz bunu müsbət qiymətləndiririk". "APA-Economics" xəbər verir ki, bunu bugünkü mətbuat konfransında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bildirib.

"Əslində bu layihənin bütün hissələrində irəliləyən addımlar barədə məlumatları eşitməkdən məmnun olduq. "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində olduqca böyük irəliləyişlər var. Bu gün biz layihəni üçüncü dəfə nəzərdən keçirdik. Bunun üçün də biz Azərbaycan hökumətinə, marşrut boyu yerləşən ölkələrin rəhbərlərinə, layihəni maliyyələşdirəcək maliyyə institutlarına öz təşəkkürümüzü bildiririk. "Cənub Qaz Dəhlizi" layihəsi marşrut boyunca yerləşən ölkələrə fayda verəcək və bu ölkələrin istehlakçıları bundan bəhrələnəcək. Layihənin icrası ilə bağlı ləngimələrlə bağlı narazılıqlar var idi. Lakin müasir dövrün çağırışları da nəzərə alınmalıdır. Biz bu narazılıqları İtaliya hökumətinə çatdırdıq. Hesab edirik ki, bütün "Cənub Qaz Dəhlizi" bütün iştirakçılar, xüsusilə də İtaliya üçün mühüm bir layihədir. Çünki, bu qaz ilk olaraq İtaliyaya çatdırılacaq. Biz istəyirik ki, ilk qaz 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılsın. Biz buna nail olacağıq", - deyə M. Şefçoviç qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR