“Fənərbaxça” ciddi itki ilə üzləşib

“Fənərbaxça” ciddi itki ilə üzləşib
# 23 fevral 2017 15:21 (UTC +04:00)

Avropa Liqasında “Krasnodar” səddini keçə bilməyən “Fənərbaxça” daha bir bəd xəbər alıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-lacivərtlilər”in kapitanı Volkan Dəmirəl sıradan çıxıb.

Dünənki qarşılaşmada zədələnən 35 yaşlı qolkiper ikinci hissədə əvəzlənmək məcburiyyətində qalmışdı. Bu gün MRT-dən (Maqnit Rezonans Tomoqrafiyası) keçən qolkiperin sağ ayağında əzələ yırtığı aşkarlanıb. Həkimlər Volkanın ay yarım yaşıl meydanlardan uzaq qalacağını bildiriblər.

Qeyd edək ki, Volkan Dəmirəl 2002-ci ildən “Fənərbaxça”nın formasını geyinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR