DBNX: Azərbaycanda quduzluq tam aradan qaldırılacaq

DBNX: Azərbaycanda quduzluq tam aradan qaldırılacaq
# 24 fevral 2017 15:46 (UTC +04:00)

Fevralın 20-23-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) "Azərbaycanda quduzluğun kökünün kəsilməsi üzrə Milli Planın tərtibatı"na dair seminar keçirilib.

DBNX-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminar nazirlik və Avropa İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə insanlar və heyvanlar üçün ümumi olan quduzluq xəstəliyinin Azərbaycanda kökünün kəsilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, bu sahədə istər vəhşi, istərsə də ev heyvanları arasında durumun necə olması və gələcəkdə bu sahədə aparılan tədbirlər barədə təqdimatlar olub.

Seminarda bildirilib ki, hər bir nazirliyin quduzluq xəstəliyinin kökünün kəsilməsi planında və ictimai maarifləndirmə kampaniyasında yaxından iştirak etmələri çox vacibdir. Qeyd olunub ki, aparılacaq tədbirlərin nəticəsi olaraq Azərbaycanda insanlar və heyvanlar üçün təhlükəli olan quduzluq xəstəliyi tədricən azalacaq və yaxın gələcəkdə tamamilə kökü kəsiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR