Tbilisidə "Xocalıya ədalət!" aksiyası keçirilib

Tbilisidə "Xocalıya ədalət!" aksiyası keçirilib
# 25 fevral 2017 11:03 (UTC +04:00)

Bu gün Tbilisidəki Şota Rustaveli prospektində "Xocalıya ədalət!" yürüş aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə gürcü və azərbaycanlı tələbələr iştirak edib.

Borçalı İrəli İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən mitinqdə 5 mindən çox Xocalıdan bəhs edən buklet paylanılıb.

Aksiya iştirakçıları Rustaveli metrosunun qarşısından başlayaraq, Gürcüstan parlamentinin Tiflisdəki binasının qarşısınadək yürüş keçiriblər. Yürüşdə "Xocalıya ədalət!" və digər şüarlar səsləndirilib. Yol boyu Xocalı soyqırımının tarixindən bəhs edən bukletlər paylanılıb.

Borçalı İrəli İctimai Birliyinin sədri Məhəbbət İmanov APA-ya açıqlamasında bildirib ki, aksiyanın keçirilməsində məqsəd soyqırımı dünya ictimaiyyətinə çatdırmaqdır: "Aksiya çərçivəsində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Gürcüstan ictimaiyyətinə, xüsusən Tbilisinin mərkəzindəki Rustaveli prospekti boyunca və digər küçələrdə Xocalı soyqırımını təbliğ etdik, bukletlər payladıq. Bununla yanaşı, parlamentin binası qarşısında 150 nəfər gənc toplaşaraq Xocalıya aid şüarlar səsləndirildi, Xocalıya ədalət tələb olundu. Aksiyada Azərbaycan və Gürcüstan bayraqlarını dalğalandırdıq. Tədbirdə beynəlxalq hüquq təşkilatlarını Xocalı soyqırımına hüquqi qiymət verilməsinə səslədik, Gürcüstan və Azərbaycanın işğal olunan 20% torpaqlarının azad olunmasını tələb etdik".

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR