Rusiyada Azərbaycana qarşı təxribat törətmiş erməni idmançı cəzalandırılıb

Rusiyada Azərbaycana qarşı təxribat törətmiş erməni idmançı cəzalandırılıb
# 25 fevral 2017 19:55 (UTC +04:00)

Rusiyanın ən iri promouter şirkəti olan “Fight Nights GLOBAL” separatçı “DQR” bayrağını qaldıran erməni əsilli rusiyalı idmançı Vartan Asatryanla müqaviləni ləğv edib. APA-nın xəbərinə görə, bu barədə məlumat şirkətin saytında dərc edilib.

“Vartan Asatryana kontraktın ləğv olunması barədə rəsmi bildiriş göndərilib. Müqavilənin ləğvinə səbəb etik normaların pozulması olub. Belə ki, Asatryan geyimində siyasi məzmunlu simvolikadan istifadə edib. İdmançılarla imzalanan müqavilələrdə belə məsələlərlə bağlı bənd lər var. İdmançılar həmin şərtlərə mütləq şəkildə riayət etməlidirlər”, - deyə məlumatda bildirilir.

“Fight Nights GLOBAL”ın prezidenti Kamil Hacıyev qərarı şərh edərkən qeyd edib ki, digər xalqların nümayəndələrinə hörmətsizlik göstərmək yolverilməzdir: “siyasi xarakter daşıyan və insanların hisslərini təhqir edən ifadələr və hərəkətlərə yol verən idmançılar cəzalanmalıdırlar. Bütün bu cür hallar ekspert komissiyası tərəfindən araşdırılacaq”.

Qeyd edək ki, erməni əsilli rusiyalı idmançı Vartan Asatryan fevralın 23-də “FIGHT NIGHTS GLOBAL 59” turnirində azərbaycanlı idmançı Elnar İbrahimov üzərində qələbə qazandıqdan sonra səhnəyə separatçı “DQR” bayrağını qaldırıb. Bundan başqa, separatçı rejimin simvolikası onun geyimində də əks olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR