Hindistanda turistləri daşıyan qayıq batıb, ölənlər var

Hindistanda turistləri daşıyan qayıq batıb, ölənlər var
# 26 fevral 2017 17:40 (UTC +04:00)

Hindistanın Tamilnad ştatında turistləri daşıyan qayıq qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 9 turist ölüb.

Onların vətəndaşlıqları barədə məlumat verilmir. Qəza zamanı qayıqda 20 nəfər olub. Hazırda axtarış əməliyyatı aparılır. Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR