"Amerika-Azərbaycan Ticarət Palatası"nın (AMCHAM) rəhbərliyinə yeni təyinat baş verib. "APA-Economics" xəbər verir ki, Nərgiz Nəsrullayeva Direktorlar Şurasının üzvü olub.
Qeyd edək ki, N. Nəsrullayeva hazırda "Landmark" biznes mərkəzinin əməliyyat üzrə direktorudur.
Xatırladaq ki, N. Nəsrullayeva 2004-2015-ci illərdə AMCHAM-ın icraçı direktoru vəzifəsini tutub.