Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat alıb

Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat alıb
# 27 fevral 2017 08:01 (UTC +04:00)

Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakim Eldar Əliyevə növbəti təyinat göndərib. Apasport.az saytının məlumatına görə, ədalət təmsilçimiz qadın voleybolçular arasında keçirilən Çempionlar Liqasının qrup mərhələsində iş başında olacaq.

Əliyev III tur çərçivəsində baş tutacaq “Uraloçka” (Rusiya) - “Vakıfbank” (Türkiyə) duelində ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçda əsas referi isə italiyalı Roberto Boris olacaq.

Qeyd edək ki, oyun fevralın 28-də Yekaterinburqda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR