Yapon şirkətləri Balaxanı Sənaye Parkı ilə tanış olublar

Yapon şirkətləri Balaxanı Sənaye Parkı ilə tanış olublar
# 27 fevral 2017 15:04 (UTC +04:00)

Yaponiyanın “Mitsubishi”, “Sumitomo”, “Mayekawa” və “Roboto” şirkətlərinin nümayəndələri “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olublar.

Dövlət şirkətinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, qonaqlara səhmdar cəmiyyətin fəaliyyəti və reallaşdırdığı layihələr barədə məlumat verilib.


"Təmiz Şəhər" ASC-nin İdarə heyəti sədrinin müavini Səbuhi Mehdizadə ölkəmizdə qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər, sənaye parkları və sənaye zonalarında sahibkarlar və investorlar üçün yaradılmış əlverişli şərait barədə məlumat verib. Bildirilib ki, 7 hektar ərazini əhatə edən Balaxanı Sənaye Parkında məişət tullantılarının emalı və xidmət müəssisələrinin yaradılması nəzərdə tutulur. Parka əsasən, təkrar emalla məşğul olan müəssisələr cəlb edilir. Hazırda sənaye parkının işlənmiş mühərrik yağlarının, pet butulkaların, karton və plastik məmulatların emalı və mebel istehsalı ilə məşğul olacaq 5 rezidenti var.

Qonaqlara həmçinin, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti ilə bağlı məlumat verilib. Bildirilib ki, zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantı yandırmaq və 231 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində Zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə tam təmin etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR