Azərbaycan akrobatları Ukraynada 3 medal qazanıblar

Azərbaycan akrobatları Ukraynada 3 medal qazanıblar
# 28 fevral 2017 07:02 (UTC +04:00)

Ukraynanın Vinnitsa şəhərində akrobatika üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, idmançılarımız yarışı 3 medalla başa vurublar.

Belə ki, 13-19 yaş kateqoriyasında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlüyümüz çoxnövçülükdə 82.160 xal qazanaraq çempion adına layiq görülüblər. Eyni yaş kateqoriyasında mübarizə aparan digər qarışıq cütlük - Ağasif Rəhimov və Nurcan Cabbarlı isə (81.400 xal) bürünc medal qazanıb.

Beynəlxalq arenada debüt edən qadın qrupu (12-18 yaş) Emiliya Nəzərli, Raziyə Seyidli və Ləman Məmmədova da yarışları medalsız tərk etməyiblər. Onlar çoxnövçülükdə hakimlərdən 79.960 xal alaraq, fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR