SOCAR-ın Türkiyədəki törəməsinin rəhbərliyinə yeni təyinat olub

SOCAR-ın Türkiyədəki törəməsinin rəhbərliyinə yeni təyinat olub
# 01 mart 2017 09:58 (UTC +04:00)

"SOCAR Turkiye Enerji A.Ş."-nin rəhbərliyində dəyişiklik olub. "APA-Economics" xəbər verir ki, "STAR Rafineri" zavodunun baş direktoru İbrahim Palaz "SOCAR Turkiye Enerji A.Ş."-nin rəhbərinin müşaviri təyin olunub.

İ.Palazı isə Mesut İlter əvəzləyib.

Qeyd edək ki, İ.Palaz "STAR Rafineri"yədək AMOCO, "Halliburton", "Universal Pegasus", BOTAŞ kimi şirkətlərdə çalışıb.

M.İlter isə "STAR Rafineri"nin baş direktoru təyin olunanadək "Tüpraş" şirkətinin baş direktorunun müavini olub.

Qeyd edək ki, "SOCAR Turkiye Enerji A.Ş." SOCAR-ın törəməsidir. Törəmə müəssisə Türkiyə iqtisadiyyatına 18 mlrd. dollar həcmində investisiya yatırmağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR