AFFA-nın baş katibi: “Azərbaycan dövləti bu istiqamətdə bizi dəstəkləyir”

AFFA-nın baş katibi: “Azərbaycan dövləti bu istiqamətdə bizi dəstəkləyir”
# 01 mart 2017 11:36 (UTC +04:00)

“AFFA bazasında 100 mindən çox futbol iştirakçısı var”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Gürcüstanın paytaxtı Tiflisdə UEFA-nın "UEFA GROW" əməkdaşlıq proqramı çərçivəsində "Şərqi Avropa ölkələrində kütləvi futbolun inkişafı" adlı tədbirə qatılan qurum rəsmisi jurnalistlərə açıqlamasında növbəti 5 illə bağlı planlardan danışıb: “Növbəti 5 ildə biz bu sayın daha 20 faiz artırılmasını qarşımıza vacib məqsəd kimi qoymuşuq. Bunun üçün geniş imkanlarımız var və Azərbaycan dövləti bu istiqamətdə bizi dəstəkləyir”.


Qeyd edək ki, Tiflisdə keçirilən sammitdə 12 ölkənin dövlət və hökumət üzvləri, UEFA-nın mütəxəssisləri iştirak edir. AFFA-nın baş katibi Məmmədovun sammitdəki çıxışı zamanı AFFA-nın "GROW 2020" İnkişaf Proqramını təqdim edib, ardınca Azərbaycan futbolunun növbəti 5 il üçün strateji fəaliyyət planı haqqında danışıb. O, Azərbaycanda idmanın kütləvi inkişafı, futbol həvəskarlarının sayının artırılması, milli klubların və güclü komandaların sayının yüksəldilməsi və digər məsələlər haqqında ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR