Musiqili Teatrda Novruz Qartalın 70 illik yubileyi keçirilib

Musiqili Teatrda Novruz Qartalın 70 illik yubileyi keçirilib
# 01 mart 2017 14:35 (UTC +04:00)

Azərbayan Dövlət Musiqili Teatrında əməkdar artist Novruz Qartalın 70 illik yubileyi ilə bağlı tədbir keçirilib. Teatrının mətbuat katibi Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev Novruz Qartalın həyat və yaradıcılığından söz açıb: “Novruz Qartalın ən gözəl xüsusiyyətlərindən biri onun səmimiyyətidir. Peşəsinə, yaradıcılığına, ətrafına, insanlara qarşı olan bu cəhəti onun xarakterinin fərqliliyinin bariz nümunəsidir. Ömrünün böyük hissəsini səhnədə, tamaşaçılar qarşısında keçirmək, tamaşaçıların sevgisini qazanmaq hər bir sənətçinin xoşbəxtliyidir".

Mədəniyyət və Turizm Nazirliyi adından nazir müavini Ədalət Vəliyev Novruz Qartalı təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətin imzaladığı Fəxri fərman yubilyara təqdim olunub.

Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Çingiz Əhmədov, Əkbər Əlizadə, Şövqi Hüseynov, Təbriz Teatrının rəhbəri Babək Nəhreyn və başqaları N. Qartalın həyat və yaradıcılığı haqqında çıxış ediblər.

Novruz Qartalın iştirakı ilə Musiqili Teatrın repertuarında olan müxtəlif tamaşalardan səhnəciklər nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR