ABŞ dövlət katibi "Cənub Qaz Dəhlizi"nə tam dəstəyini ifadə edib
01 mart 2017 18:57 (UTC +04:00)
“ABŞ dövlət katibi Reks Tillerson “Cənub Qaz Dəhlizi” layihəsinə tam dəstək ifadə edir”. “APA-Economics”xəbər verir ki, bunu dövlət katibinin xüsusi elçisi vəzifəsini icra edən Meri Uorlik Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan konfransında çıxışı zamanı bildirib.
Diplomat qeyd edib ki, ABŞ bundan sonra da adıçəkilən layihəyə dəstək verməkdə qətiyyətlidir. “Bu layihə və onun komponenti olan TAP layihəsi Avropanın enerji mənbələrinin diversifikasiyasına xidmət edir”.
ABŞ Dövlət Departamentinin başqa bir xüsusi elçisi Amos Hokstayn isə bildirib ki, rəsmi Vaşinqton “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla reallaşacağına inanır: “ABŞ “Cənub Qaz Dəhlizi”layihəsi vasitəsilə qaz almayacaq, lakin əvvəldən onun reallaşmasını dəstəkləyən ölkələrdən biri olub”.
Sənaye və energetika
AYİB: Bərpa olunan enerji hərracları Azərbaycanda dayanıqlı enerji sektoru üçün böyük addımdır
17:16
23 aprel 2024
Avropa Komissiyası dünya bazarında təbii qazın qiymətinin aşağı düşəcəyini gözləyir
12:37
23 aprel 2024
Aİ-də qaz anbarlarının doluluq səviyyəsi 62%-i ötüb
11:27
23 aprel 2024
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
09:59
23 aprel 2024