Luis Enrike “Barselona”nı tərk edəcək

Luis Enrike “Barselona”nı tərk edəcək
# 01 mart 2017 22:39 (UTC +04:00)

Luis Enrike mövsüm başa çatdıqdan sonra "Barselona"nın baş məşqçisi postunu tərk edəcək.

APA-nın xəbərinə görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

“Mənə göstərilən etimada görə kluba minnətdarlığımı bildirirəm. Bu inanılmaz üç il idi”, deyə L.Enrike bildirib.

Qeyd edək ki, L.Enrikenin rəhbərliyi altında “Barselona” iki dəfə İspaniya çempionu olub (2014/15, 2015/16), İspaniya Kuboku (2014/15, 2015/16) və Superkubokunu qazanıb (2016). Həmçinin 2014/15-ci il mövsümündə klub UEFA Çempionlar Liqası, 2015-ci ildə UEFA Superkuboku və klublararası dünya çempionatının qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR