MN: Düşmənin qərargahı vurulub, erməni tərəfi onlarla itkisini gizlətməyə çalışır

MN: Düşmənin qərargahı vurulub, erməni tərəfi onlarla itkisini gizlətməyə çalışır
# 02 mart 2017 07:13 (UTC +04:00)

Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır.

Bütün cəbhəboyu əməliyyat şəraitinə qoşunlarımız tam nəzarət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR