SOCAR qazma işlərini 10%-dən çox artırıb

SOCAR qazma işlərini 10%-dən çox artırıb
# 02 mart 2017 09:13 (UTC +04:00)

Bu ilin fevral ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7 438 metr qazma işi həyata keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin fevral ayı ilə müqayisədə 394 metr və ya 5,59% çoxdur.

Bu ilin yanvar-fevral aylarında isə 18 584 metr qazma işi həyata keçirilib. Bu, 2016-cı ilin 2 ayı ilə müqayisədə 1 731 metr və ya 10,27% çoxdur. Qeyd edək ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Bu ilin fevral ayında qazmadan alınmış 7, il ərzində isə 13 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR