CNN: ABŞ kəşfiyyatı Rusiya səfirini casus hesab edir

CNN: ABŞ kəşfiyyatı Rusiya səfirini casus hesab edir
# 02 mart 2017 10:19 (UTC +04:00)

ABŞ kəşfiyyatı Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakı casus hesab edir.

APA-nın məlumatına görə, bu barədə CNN ABŞ hökumətinin hazırkı və əvvəlki nümayəndələrinə istinadən xəbər yayıb.

Kanal bu barədə məlumatı ABŞ-ın indiki ədliyyə naziri Ceff Seşns ilə Rusiya səfiri arasında danışıqlarla bağlı yayılan məlumatlar fonunda təsdiqləyib. Belə ki, mediada ədliyyə nazirinin ötən il senator olarkən S. Kislyakla iki dəfə görüşdüyünü və Konqresdə dinləmələr zamanı bu barədə məlumat vermədiyini yazıb.

Telekanal həmçinin Donald Trampın fevralın ortalarınadək təhlükəsizlik məsələləri üzə müşaviri Maykl Flinn ilə bağlı olayı da xatırladıb. Belə ki, M. Flinn etiraf edib ki, Ağ ev nümayəndələrinə Sergey Kislyakla əlaqələrinə dair tam informasiya verməyib.

Kanal həmçinin bildirir ki, məhz səfirlər Rusiya kəşfiyyatının potensial yaxınlığı səbəbi ilə ABŞ kəşfiyyatı M. Flinnin onunla münasibətlərindən narahat olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR