Bu il 69 hündürmərtəbəli binaya təbii qaz verilib

Bu il 69 hündürmərtəbəli binaya təbii qaz verilib
# 02 mart 2017 10:53 (UTC +04:00)

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

“Azəriqaz” İB-dan “APA-Economics”ə verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, 2017-ci ilin yanvar-fevral ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 69 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə, 3488 mənzili əhatə edir.

Ümumiyyətlə, “Azəriqaz” İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR