Tramp administrasiyasında nazir vəzifəsinə ilk qaradərilinin namizədliyi təsdiqlənib

Tramp administrasiyasında nazir vəzifəsinə ilk qaradərilinin namizədliyi təsdiqlənib
# 02 mart 2017 22:39 (UTC +04:00)

ABŞ Senatı tikinti və şəhərlərin inkişafı naziri vəzifəsinə neyrocərrah, ABŞ prezidentliyinə eks-namizəd Ben Karsonun namizədliyini təsdiqləyib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, onun namizədliyini 58 senator dəstəkləyib, 41 nəfər isə əleyhinə səs verib. Beləliklə, Ben Karson Tramp administrasiyasında yer almış ilk qaradərili olub.

Məşhur neyrocərrah və yazıçı Ben Karson “siam əkizlərini” ayırmış ilk həkimdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR