Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin səlahiyyət müddəti uzadılıb

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin səlahiyyət müddəti uzadılıb
# 03 mart 2017 08:57 (UTC +04:00)

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı münaqişə üzrə xüsusi nümayəndəsi Herbert Salberin səlahiyyət müddəti uzadılıb.

Xüsusi nümayəndəliyin mətbuat ofisindən APA-ya verilən məlumata görə, bu barədə Aİ Şurasının fevralın 17-də keçirilmiş toplantısında qərar verilib.

H. Salberin mandatı 2018-ci ilin 30 iyununadək qüvvədə olacaq. Bildirilir ki, mandatın vəzifəsi Aİ-nin regiondakı ölkələrin hökumətləri, parlamentləri, ədliyyə orqanları, vətəndaş cəmiyyəti və digər tərəflərlə dialoqu artırmaqdır. Şura xüsusi nümayəndəlik ofisinin xərclərini qarşılamaq üçün 2017-ci il martın 1-dən 2018-ci il iyunun 30-dək 2,99 milyon avro vəsait ayırıb.

Xatırladaq ki, H. Salberin səlahiyyət müddəti bu il fevralında 28-də başa çatıb. O, bu vəzifəyə 2014-cü il iyunun 8-də təyin edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR