"İxrac təşviqinin ödənilməsi Qaydası"na həsr olunmuş seminar keçirilib

"İxrac təşviqinin ödənilməsi Qaydası"na həsr olunmuş seminar keçirilib
# 03 mart 2017 13:32 (UTC +04:00)

Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və "Azpromo"nun təşkilatçılığı ilə İxracatçılar Klubunun "İxrac təşviqinin ödənilməsi Qaydası"na həsr olunmuş seminarı keçirilib.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, tədbirdə meyvə-tərəvəz, quru meyvə, spirtli və spirtsiz içkilər, mineral sular, bal, tekstil, fındıq istehsalı və iqtisadiyyatın digər qeyri-neft sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edib.

"Azpromo"nun rəhbəri Rüfət Məmmədov son illərdə ixracın stimullaşdırılması tədbirləri, bu sahədə həyata keçirilən islahatlar, sahibkarlara investisiyanın təşviqi sənədi və təsdiqedici sənədin verilməsi, Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara ixrac təşviqinin ödənilməsi mexanizmi barədə məlumat verib, ixracatçıları yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.

Sonra "Azpromo"nun İxracın Təşviqi Departamentinin direktoru Fuad Cəfərov qeyri-neft məhsullarının ixracatçılarına ixrac təşviqinin geri ödənilməsi proseduru, müraciət qaydaları və tələb olunan sənədlər barədə təqdimatla çıxış edib. Seminar sual-cavab sessiyası ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR