Türkiyə səfiri Mətbuat Şurasında olub

Türkiyə səfiri Mətbuat Şurasında olub
# 03 mart 2017 14:46 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Mətbuat Şurasında (MŞ) olub. Şuradan APA-ya verilən məlumata görə, MŞ sədri, deputat Əflatun Amaşov Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı yüksək statusunun qazanılmasında medianın rolunun əhəmiyyətli olduğunu qeyd edib.

Ə. Amaşov bildirib ki, hər iki ölkənin türk xalqlarının inteqrasiyası ilə bağlı həyata keçirdiyi işlərdə kütləvi informasiya vasitələri son dərəcə fəaldır.

E. Özoral rəhbərlik etdiyi diplomatik missiyanın fəaliyyətində media ilə təmasların hər zaman aktual əhəmiyyət daşıdığını deyib.

Səfir bildirib ki, hər iki ölkə jurnalistləri arasında əlaqələri daha da möhkəmləndirmək üçün qarşılıqlı səfərlərin sayını, ortaq məqsəd və mənafelərin qorunmasında medianın rolunu artırmağa yönələn müzakirələrin təşkili mütləqdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR