Döyüş mövqeyində partlayışda yaralanan erməni əsgərlərin sayı və adı açıqlanıb - YENİLƏNİB

Döyüş mövqeyində partlayışda yaralanan erməni əsgərlərin sayı və adı açıqlanıb  - <span style="color: red;">YENİLƏNİB
# 03 mart 2017 16:00 (UTC +04:00)

Döyüş mövqeyində partlayıcı qurğunun işə düşməsi nəticəsində yaralanan Ermənistan ordusunun hərbi qulluqçularının kimliyi məlum olub.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, mühəndis işləri zamanı xəsarət alan müddətli hərbi qulluqçu Narek Qriqoryanın vəziyyəti çox ağır, Perç Qabrielyan və Erik Saakyanın vəziyyəti isə ağır kimi qiymətləndirilir.

*** 17.57

Partlayıcı qurğunun işə düşməsi nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları xəsarət alıblar.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 28-də döyüş mövqeyində mühəndis işləri aparılarkən baş verib.

Müxtəlif dərəcəli xəsarətlər alan müddətli hərbi qulluqçular Ermənistan Müdafiə Nazirliyinin xəstəxanasına yerləşdirilib. Onların sayı açıqlanmır.

Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı hərbi qulluğa səhlənkar yanaşma maddəsi ilə cinayət işi açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR