De Mistura: “Suriya üzrə danışıqların dördüncü raundu başa çatdı”

De Mistura: “Suriya üzrə danışıqların dördüncü raundu başa çatdı”
# 03 mart 2017 20:21 (UTC +04:00)

Cenevrədə Suriya üzrə danışıqların dördüncü raundu başa çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bəyan edib.

"Suriya üzrə danışıqların dördüncü raundu başa çatdı”, deyə S.de Mistura bildirib.

Beşinci raundun martın 20-də keçiriləcəyi planlaşdırılır.

Qeyd edək ki, Cenevrədə Suriya hökuməti və müxalifət nümayəndələrinin iştirakı ilə danışıqlar fevralın 23-dən etibarən aparılırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR