De Mistura: “Psixoloji sədd aradan qaldırılıb”

De Mistura: “Psixoloji sədd aradan qaldırılıb”
# 03 mart 2017 22:22 (UTC +04:00)

Suriya üzrə danışıqlarda mühüm irəliləyiş baş verməsə də, artıq psixoloji sədd aradan qaldırılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bildirib.

“Danışıqlardan öncə biz mühüm irəliləyişin baş verəcəyini gözləmirdik. Silahlı qarşıdurma altı ildir ki, davam edir. Vacib odur ki, artıq psixoloji sədd aradan qaldırılıb”, deyə S.de Mistura qeyd edib.

Martın 3-də Cenevrədə hökumət və müxalifət nümayəndələrinin iştirakı ilə Suriya üzrə danışıqların dördüncü raundu başa çatıb. Beşinci raundun martın 20-də keçiriləcəyi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR