ABŞ “Əl-Qaidə”nin Yəməndəki mövqelərinə hava zərbələri endirib

ABŞ “Əl-Qaidə”nin Yəməndəki mövqelərinə hava zərbələri endirib
# 04 mart 2017 01:29 (UTC +04:00)

ABŞ aviasiyası “Ərəb yarımadasında Əl-Qaidə” terror qruplaşmasının Yəməndəki mövqelərinə hava zərbələri endirib.

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Mişel Baldanza bildirib.

Onun sözlərinə görə, hədəfdə silahlılarla yanaşı onlara məxsus texnika, ağır silahlar və hərbi infrastruktur olub. “ABŞ bundan sonra da Yəmən hökuməti ilə birgə terrorizmə qarşı mübarizə aparmaqda davam edəcək”, deyə M.Baldanza qeyd edib. İtkilər barədə məlumat verilmir.

Qeyd edək ki, Yəməndə qiyamçı husilərlə hökumət tərəfdarları arasında silahlı toqquşmalar 2014-cü ildən davam edir. Ölkədəki qeyri-sabit vəziyyətdən bir sıra terror qruplaşmaları, o cümlədən İŞİD və “Ərəb yarımadasında Əl-Qaidə” istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR