Türkiyənin cənubunda Suriya hərbi təyyarəsi qəzaya uğrayıb

Türkiyənin cənubunda Suriya hərbi təyyarəsi qəzaya uğrayıb
# 04 mart 2017 19:10 (UTC +04:00)

Türkiyənin baş naziri Binəli Yıldırım ölkənin cənubundakı Hatay əyalətində Suriya Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarəsinin qəzaya uğradığını təsdiqləyib. APA-nın “Daily Sabah”a istinadən verdiyi xəbərə görə, Türkiyənin axtarış-xilasetmə qurumlarının əməkdaşları artıq qəzaya uğramış təyyarənin qalıqlarını aşkarlayıblar. Təyyarənin göyərtəsində pilotun olmadığı qeyd edilir. Pilotun axtarışları davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl “Əhrar aş-Şam” qruplaşmasının silahlıları Suriyanın şimal-qərbində “MİQ-21” tipli təyyarə vurduqlarını bəyan ediblər. Pilotun katapultə olunaraq, Türkiyə ərazinə endiyi bildirilib.

Türkiyə tərəfi qəzaya uğrayan təyyarənin “MİQ-23” olduğunu bildirir.

“Əl Masdar” nəşri hərbi mənbəyə istinadən bildirib ki, Suriya hərbi komandanlığı İdlib əyalətində aşağı hündürlükdən uçan Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi ilə əlaqəni itirib.

Lakin mənbə, terrorçuların iddiasını rədd edərək, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını qeyd edib. Pilot katapultə olunaraq, Türkiyə ərazinə enməyə müvəffəq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR