Moskva ətrafında “quş qripi”ndən 11 mindən çox toyuq tələf olub

Moskva ətrafında “quş qripi”ndən 11 mindən çox toyuq tələf olub
# 04 mart 2017 20:52 (UTC +04:00)

Moskva ətrafının Sergiyev-Posad rayonunun Bereznyzki kəndindəki “Smena “ quşçuluq təsərrüfatında dörd gün ərzində 11 mindən çox toyuq “quş qripi”ndən tələf olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müəssisənin ərazisində “quş qripi” epidemiyası fevralın 27-də başlayıb.

Müəssisənin ərazisində martın 2-dən etibarən fövqəladə vəziyyət elan edilib. “Quş qripi” virusunun yüksək patogenli yeni ştammı Çində 2017-ci ilin fevralında qeydiyyata alınıb. Onun insanlar üçün təhlükəli olmadığı qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR