ABŞ-ın sabiq Milli Kəşfiyyat İdarəsinin rəisi: “Trampın telefon danışıqları dinlənilməyib”

ABŞ-ın sabiq Milli Kəşfiyyat İdarəsinin rəisi: “Trampın telefon danışıqları dinlənilməyib”
# 05 mart 2017 17:16 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampın telefon danışıqları dinlənilməyib.

APA-nın NBC telekanalına istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın sabiq Milli Kəşfiyyat İdarəsinin rəisi Ceyms Klepper bəyan edib.

“Prezident kampaniyası zamanı və seçkiqabağı ərəfədə Donald Trampın telefon danışıqları dinlənilməyib”, deyə yanvarda vəzifəsini tərk edən C.Klepper vurğulayıb.

Ötən gün ABŞ prezidenti D.Tramp bildirib ki, sabiq prezident Obama onun telefon danışıqlarını dinləyib. O, özünün “Tvitter" səhifəsində yazıb ki, telefon danışıqları 2016-cı il prezident seçkiləri öncəsi dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR