Azərbaycan və Rusiya XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Azərbaycan və Rusiya XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər
# 05 mart 2017 22:25 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya XİN rəhbəri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Elmar Məmmədyarov rusiyalı həmkarının dəvəti ilə Moskvada rəsmi səfərdədir.

Məlumata əsasən, Rusiya və Azərbaycan XİN rəhbərləri arasında martın 6-da danışıqlar aparılacaq.

“XİN rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini, regional və beynəlxalq gündəmin əsas aspektlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri qismində 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynayır. Coğrafi yaxınlıq, xalqlarımızın ümumi tarixi nəzərə alınmaqla bizim üçün münaqişənin həlli böyük önəmə malikdir və ölkənin xarici siyasətinin prioritetlərinə daxildir", Rusiya XİN-nin səfərlə bağlı yaydığı açıqlamada bildirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR