Panamada avtobus dərəyə düşüb, 16 nəfər ölüb

Panamada avtobus dərəyə düşüb, 16 nəfər ölüb
# 06 mart 2017 01:24 (UTC +04:00)

Panamada ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, avtobusun dərəyə düşməsi nəticəsində 16 nəfər ölüb, 35 nəfər xəsarət alıb.

Hadisə ölkənin eyni adlı paytaxtından 170 km cənub-qərbdə qeydə alınıb. Qəzanın səbəbləri müəyyənləşdirilir. İlkin məlumata əsasən, avtobusda kənd təsərrüfatında çalışan fəhlələr olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR