Yaponiyada helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb

Yaponiyada helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb
# 06 mart 2017 03:48 (UTC +04:00)

Yaponiyanın Naqano prefekturasında xilasedicilər qəzaya uğrayan helikopterin qalıqları altından daha 6 nəfərin meyitini çıxarıblar.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl hadisə yerində 3 nəfərin meyiti aşkarlanıb.

Naqano prefekturasının xilasedici xidmətinə məxsus “Bell 412” helikopteri martın 5-də təlim uçuşu zamanı qəzaya uğrayıb. Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR